Netanyahu "Hizbullah"ı ittiham etdi
Dünya
26.04.2026 16:55
İsrail Baş naziri Benyamin Netanyahu "Hizbullah"ı atəşkəsi pozmaqda ittiham edib, Livanın cənubuna hava zərbələri endirilməyə başlanılıb.
TodayPress TV “The Times of Israel”-ə istinadən xəbər verir ki, Benyamin Netanyahu "Hizbullah"ın hərəkətlərinin İsrail ilə Livan arasında atəşkəsi təhlükə altına saldığını və bu qruplaşmanın qətiyyətlə hədəfə alınacağını deyib.
Baş nazir qeyd edib ki, ötən həftə uzadılan razılaşmanın şərtlərinə görə, İsrail terror qruplaşmasından gələn təhdidlərə cavab vermək hüququnu özündə saxlayır: “Biz ABŞ ilə və eyni zamanda Livanla razılaşdırılmış çərçivədə qətiyyətlə hərəkət edirik. Bu, təkcə hücumlara cavab vermək deyil, həm də dərhal və potensial yaranan təhdidlərin qarşısını almaq üçün hərəkət azadlığı deməkdir”.
Qeyd edək ki, İsrail Ordusu Livanın cənubunda Mayfadun, Şukin, Yohmar, Arnun, Zavtar əş-Şərqiyə və Kfar Tebnit kəndlərinin boşaldılmasını əmr edib.
İsrailin təxliyə xəbərdarlıqlarından sonra Livan mediası ölkənin cənubuna bir neçə hava zərbəsi endirildiyi barədə məlumat yayıb.
tag: Benyamin Netanyahu,Hizbullah",Livan,Atəş ,Todaypress.tv,
