"Nestlé" körpə südü partiyasını geri çağırır

Dünya

04.02.2026 15:25

"Nestlé" Fransa qaydalarında körpə qidasında sereulid səviyyələri ilə bağlı edilən dəyişikliklərdən sonra "Guigoz" körpə südünün bir partiyasını geri çağırmaq qərarı verib.

TodayPress TV xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.

Şirkət bildirib ki, Avropa və Fransa hakimiyyətləri yeni elmi məlumatlara əsasən sereulidin analiz metodlarını yeniləyib. "Nestlé"nin keyfiyyət standartlarına görə körpə südündə sereulid maddəsinin tamamilə olmaması əsas götürülür və bu səbəbdən "Guigoz" südünün yalnız bir partiyası əlavə olaraq geri çağırılıb.

Geri çağırış 0-6 aylıq körpələr üçün nəzərdə tutulan "Guigoz Optipro Relais 1" məhsuluna aiddir. Məhsulun son istifadə tarixi 2027-ci ilin dekabrıdır. Şirkət vurğulayıb ki, geri çağırış yalnız bu konkret partiyanı əhatə edir və digər bu məhsullar istehlak üçün təhlükəsizdir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Nestle,Uşaq,Qida,Bakteriya,Todaypress.tv,