“Nəsr” əməliyyatının detalları açıqlandı
İranın İsrailə qarşı həyata keçirdiyi “Nəsr” əməliyyatının detalları açıqlanıb.
TodayPress TV xəbər verir ki, əməliyyat çərçivəsində İsrailin bir sıra hərbi obyektləri hədəf alınıb.
Məlumata görə, raket zərbələri nəticəsində Nevatim bazası, Tiberias bazası, Ramat David hərbi hava limanı və Tel Nof pilotsuz uçuş aparatları mərkəzi vurulub.
Bildirilib ki, İsrailin “Karun Neft-Kimya Kompleksi”nə endirdiyi zərbəyə cavab olaraq, ölkənin “Bazan Sənaye Kompleksi” də raket hücumlarının hədəfinə çevrilib.