Neft naziri: "İranın xalqın dəstəyinə ehtiyacı var"
Dünya
22.05.2026 23:38
İranın neft naziri Möhsün Paknejad ABŞ və İsrailin ölkənin enerji obyektlərinə hücumlarından sonra bir çox itkilərin qısa müddətdə bərpa olunduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə İranın rəsmi "IRNA" agentliyi məlumat yayıb.
O, ölkədə yanacaq istifadəsi ilə bağlı açıqlamasında qeyd edib ki, ABŞ və İsrailin hücumları zamanı Tehrandakı bəzi təbii qaz obyektləri, saxlama çənləri və yanacaq təchizat zənciri hədəfə alınıb.
Nazir bildirib ki, 40 günlük müharibə ərzində itirilən obyektlərin böyük hissəsi sürətlə yenidən fəaliyyətə qaytarılıb.
“İtirdiklərimizin çoxunu qısa zamanda bərpa etdik, lakin yanacaqdan səmərəli istifadə məsələsində hələ də xalqın dəstəyinə ehtiyacımız var”, - deyə o vurğulayıb.
Aysel Mətləb
tag: İran,Möhsün Paknejad,ABŞ,Neft,TodayPress TV,
