Nəbih Berri: İsraillə sülh sazişinin qəbuluna imkan verməyəcəyik

Nəbih Berri: İsraillə sülh sazişinin qəbuluna imkan verməyəcəyik
30.06.2026 23:40 Dünya

Livan parlamentinin sədri Nəbih Berri İsraillə sülh sazişinə qarşı çıxan siyasi qüvvələrə rəhbərlik edəcəyini bəyan edib.

TodayPress TV xəbər verir ki, "Elnashra" portalı onun sözlərindən sitat gətirib:

“Vətəndaş sülhünü təhdid edən daxili qarşıdurmaya çevrilə biləcək narazılığın eskalasiyasının qarşısını almağa çalışıram”.

Berri İsraillə sazişin əleyhdarlarını parlamentdə sənədin təsdiqlənməsinə mane olacaq geniş milli blok ətrafında birləşdirmək niyyətində olduğunu bildirib.

“Bu sənədi hazırlayanlar mənim və çox sayda deputatın müqaviməti ilə üzləşəcəklər”, – deyə o xəbərdarlıq edib.

TodayPress TV

XƏBƏR LENTİ
01 IYUL 2026
Bütün Xəbərlər