NATO təyyarəsi Qara dənizdə 8 saat yarım “dövrə vurdu” - MƏQSƏD NƏDİR?
NATO-nun kəşfiyyat təyyarəsi Qara dənizin cənub hissəsində neytral sularda səkkiz saat yarım dövrə vurub.
TodayPress TV xəbər verir ki, bu barədə “TASS”a Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbə məlumat verib.
Bildirilib ki, məlumatlandırıcı təyyarə "Bombardier ARTEMIS II" uçuşuna Rumıniyanın Konstansa şəhərindəki daimi bazasından qalxaraq başlayıb və bütün bu müddət ərzində Qara dənizin akvatoriyası üzərində qərbdən şərqə və əks istiqamətdə uçub.
Mənbənin məlumatına görə, təyyarə təxminən 12,5 km hündürlükdə uçub və mülki aviasiya üçün müəyyən edilmiş dəhlizlərdən istifadə etməyib.
Aysel Mətləb