NATO təlimləri zamanı belçikalı əsgər həlak oldu

NATO təlimləri zamanı belçikalı əsgər həlak oldu
30.11.2025 18:52 Dünya

Litvada keçirilən təlimlər zamanı NATO döyüş qrupunda xidmət edən belçikalı əsgər həyatını itirib.

TodayPress TV xəbər verir ki, bu barədə "VRT" telekanalı məlumat yayıb.

Əsgər minaatan hadisəsi nəticəsində ağır yaralanıb və ertəsi gün aldığı xəsarətlərdən vəfat edib. O, NATO missiyasının bir hissəsi olaraq Belçika hərbi kontingentinin tərkibində xidmət edirdi.

Belçikanın müdafiə naziri Teo Franken "X" sosial şəbəkəsində hadisəni təsdiqləyib, həlak olan hərbçinin ailəsinə başsağlığı verib və Litvaya göstərdiyi dəstəyə görə təşəkkür edib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər