NATO: İranın Türkiyəni hədəf almasını qınayırıq
NATO İranın Türkiyəni hədəf almasını qınayıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisəni şərh edən NATO sözcüsü bildirib ki, müdafiə mövqeləri hava və raketdən müdafiə də daxil olmaqla bütün sahələrdə güclü olaraq qalır.
"İranın bölgə üzrə ayrı-seçkilik etmədən davam etdirdiyi hücumlar qarşısında NATO Türkiyə də daxil olmaqla bütün müttəfiqlərinin yanında qətiyyətlə dayanır".
Qeyd edək ki, Türkiyə İran tərəfindən atılan raketi öz hava sahəsi yaxınlığında zərərsizləşdirib.