NATO-dan xəbərdarlıq: Müdafiə səviyyəsi güclənəcək

Dünya

06.03.2026 00:00

NATO-nun ballistik raketdən müdafiə mövqeyi regionda İran hücumlarından yaranan təhlükə azalana qədər yüksək səviyyədə qalacaq. 

TodayPress TV xəbər verir ki, bu barədə NATO-nun Avropa Müttəfiq Qüvvələrinin Ali Qərargahının açıqlamasında bildirilib. 

Qərargahın sözçüsü Martin L. O’Donnell yazılı bəyanatında qeyd edib ki, İranın Türkiyəni hədəf alan və ilk olaraq İran tərəfindən elan edilən ballistik raket hücumunun NATO tərəfindən uğurla qarşısı alınıb. Onun sözlərinə görə, bu hadisədən sonra alyans üzrə ballistik raketdən müdafiə hazırlıq səviyyəsi artırılıb.  

O’Donnell bildirib ki, bu qərar NATO Hava Komandanlığı tərəfindən qəbul olunub və İranın regionda həyata keçirdiyi hücumlardan qaynaqlanan təhlükə azalına qədər yüksək səviyyədə saxlanılacaq. 

Aysel Mətləb

TodayPress TV

tag: NATO,Ballistik,Raket,Müdafiə,Todaypress.tv,