Narkotik alverçisi edam edildi

Narkotik alverçisi edam edildi
08.10.2025 16:58 Dünya

Malayziyalı narkotik alverçisi Paner Selvam Pranthaman Sinqapurda edam edilib. 

TodayPress TV xəbər verir ki, bu, şəhər-ştatda 2025-ci ilin 12-ci edamıdır.

Paner 2014-cü ildə 52 qram heroin saxlamaqda ittiham edilərək həbs olunub və 2017-ci ildə ölüm cəzasına məhkum edilib.

Onun edamı əvvəlcə bu ilin fevralına planlaşdırılsa da, hüquqi səbəblərdən təxirə salınıb.

Malayziya polisi sentyabrda iddia edib ki, Paner narkotik tədarükçüləri barədə məlumat verib və bu səbəbdən edamının təxirə salınacağı gözlənirdi.

Lakin Malayziyanın Daxili İşlər Nazirliyi bildirib ki, Paner polisə yeni məlumat təqdim etməyib.

Məhkəmə onun son şikayətini rədd etdikdən və prezidentdən əfv ala bilmədikdən sonra edam icra olunub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər