Müharibənin görünməyən nəticələri: Yaxın Şərq niyə daha təhlükəli oldu?
“Reuters” ABŞ və İsrailin İranla altı aydır davam edən müharibəsinin əsas nəticələrini təhlil edib.
TodayPress TV xəbər verir ki, agentliyin diqqət çəkdiyi 6 əsas nəticə bunlardır:
1. Tramp siyasi bədəl ödəyir.
Sorğulara görə, ABŞ prezidentinin reytinqi 40%-dən 33%-ə düşüb. Amerikalıların yalnız 31%-i müharibəni dəstəkləyir. Benzinin qiymətinin artması isə payız seçkiləri ərəfəsində narazılığı daha da artırır.
2. Dünya iqtisadiyyatı zərər görüb, lakin ən pis ssenaridən qaçılıb.
Hörmüz boğazında gəmiçiliyin pozulması enerji qiymətlərinin artmasına səbəb olub. Buna baxmayaraq, qlobal iqtisadiyyat gözləniləndən daha dayanıqlı olub.
3. İran zəifləyib, amma məğlub edilməyib.
İranın hərbi infrastrukturu və iqtisadiyyatı ciddi zərər görüb. Buna baxmayaraq, Tehran hələ də pilotsuz uçuş aparatları və raketlərə malikdir, həmçinin bölgədəki gəmilərə və ABŞ hərbi obyektlərinə zərbələr endirmək imkanını qoruyur.
4. Yaxın Şərq daha da qeyri-sabit vəziyyətə düşüb.
ABŞ və İsrailin müharibəsi İran təhlükəsini aradan qaldırmaq məqsədi daşısa da, analitiklərin fikrincə, bunun əksinə olaraq Tehranı daha da inamlı edib və regionu daha təhlükəli vəziyyətə gətirib.
5. İranın nüvə proqramı, ehtimal ki, ləngiyib.
Bununla belə, Tehran uzun müddətdir nüvə silahı yaratmaq niyyətinin olmadığını bildirir.
6. Müharibə ABŞ-nin hərbi resurslarını tükəndirir.
Vaşinqton böyük sayda raketdən müdafiə sistemlərinin ehtiyatlarını sərf edib, aviasiya itkiləri verib və Yaxın Şərqə əlavə qüvvələr göndərib. Bu isə ABŞ ordusunun digər bölgələrdə mümkün münaqişələrə hazırlığı ilə bağlı suallar doğurur.
Kübra Musayeva