Moskvanı yanacaqla təmin edən NEZ DAYANDI

Moskvanı yanacaqla təmin edən NEZ DAYANDI
10.09.2026 19:09 Dünya

Moskvanı yanacaqla təmin edən Rusiyanın “Rosneft” şirkətinə məxsus Ryazan neft emalı zavodunun (NEZ) hücumdan sonra fəaliyyəti tam dayanıb.

TodayPress TV xatırladır ki, sentyabrın 6-da baş verən hücumdan sonra zavodun illik ümumi gücü təxminən 12 milyon ton olan iki əsas ilkin neft emalı qurğusu sıradan çıxıb.

Məlumata görə, müəssisənin bərpası bir neçə həftə çəkə bilər.

Qeyd edək ki, zavod 2024-cü ildə 13,1 milyon ton neft emal edib ki, bu da Rusiyanın ümumi neft emalının təxminən 5%-nə bərabərdir.

Aysel Mətləb

XƏBƏR LENTİ
10 SENTYABR 2026
Bütün Xəbərlər