Moskvadan NATO ölkəsinə xəbərdarlıq: "Bunu etsəniz, nüvə raketlərimiz..."
Litva öz ərazisində Rusiyaya qarşı yönəlmiş nüvə silahı yerləşdirmək qərarı verərsə, ölkə Rusiya nüvə silahlarının hədəfinə çevriləcək.
TodayPress TV xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Birinci kanal”ın efirində bildirib.
Peskov qeyd edib ki, Litvanın belə bir addımı eskalasiyanın və gərginliyin çox ciddi şəkildə artmasına səbəb olacaq.
“Əgər ərazidə bizə qarşı yönəlmiş nüvə silahı yerləşdiriləcəksə, təbii olaraq, həmin ölkənin ərazisi də bizim nüvə silahlarımızın hədəfində olacaq”, – Kreml nümayəndəsi bildirib.
Qiymət Mahir