Moskva yenidən dron hədəfində: Paytaxt istiqamətində PUA-lar uçur - VİDEO

Moskva yenidən dron hədəfində: Paytaxt istiqamətində PUA-lar uçur - VİDEO
30.06.2026 08:30 Dünya

Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) yenidən Moskva istiqamətində hücumlar həyata keçirib.

TodayPress TV xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, son saatlarda paytaxt istiqamətində uçan 50-yə yaxın dron hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Rusiya Müdafiə Nazirliyi də hücumların qarşısının alındığını açıqlayıb. Bununla yanaşı, son həftələrdə Moskva ətrafında dron hücumlarının intensivləşdiyi bildirilir.

Hücumlar səbəbindən bəzi hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Yerli sakinlər isə müxtəlif ərazilərdə partlayış səslərinin eşidildiyini, bəzi dron qalıqlarının yaşayış məntəqələrinə düşdüyünü bildirirlər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUN 2026
Bütün Xəbərlər