Moskva vilayətində partlayışda ölən şəxs general-leytenant imiş - VİDEO
Moskva vilayətində avtomobil partlayışı nəticəsində yüksək rütbəli hərbçi həlak olub.
TodayPress TV xəbər verir ki, hadisə Balaşixa şəhərində qeydə alınıb.
Yerli KİV-lər ölən şəxsin general-leytenant rütbəli hərbçi olduğunu bildirir.
Məlumata əsasən, bomba BMW markalı avtomobilə yerləşdirilib və nəqliyyat vasitəsi hərəkətdə olarkən partlayış baş verib.