Moqerini bu vəzifəsindən istefa verdi

Dünya

05.12.2025 07:45

Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Federika Moqerini Brüqqe şəhərindəki Avropa Kollecinin (College of Europe) rektoru vəzifəsindən istefa verib.

TodayPress TV xəbər verir ki, F.Moqerini bu barədə açıqlamasında barəsində korrupsiya ittihamı üzrə aparılan istintaq tədbirləri ilə əlaqədar istefa vermək qərarına gəldiyini bildirib. “Vəzifə borclarımı həmişə yüksək intizam və ədalət prinsipləri ilə yerinə yetirmişəm. Bu çərçivədə bu gün Avropa Kollecinin rektoru vəzifəsindən istefa vermək qərarına gəldim”, - deyə o qeyd edib.

Xatırladaq ki, Avropa Prokurorluğu F.Moqerini, onun müavini Çezare Zeqretti və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sabiq baş direktoru Stefano Sanninı barəsində cinayət işi başladıb. Onlar satınalmalarda dələduzluq, korrupsiya, maraqların toqquşması və xidməti sirlərin pozulmasında təqsirləndirilir. F.Moqerini istefasından əvvəl özünü günahsız hesab etdiyini və heç bir cinayət törətmədiyini bildirmişdi.

TodayPress TV

tag: XİN, Avropa, Moqerin, İstafa, todaypress.tv,