Moldova Prezidenti impiçment riski ilə üzləşir

Dünya

20.01.2026 21:30

Maya Sandunun Rumıniya ilə birləşməni dəstəkləməsi müxalifət tərəfindən impiçment və dövlətə xəyanət ittihamları üçün əsas sayılır.

TodayPress TV "TASS"a istinadən  xəbər verir ki, bunu  müxalifətçi siyasətçi İlan Sor bildirib.

Onun sözlərinə görə, prezident istənilən dövlətdə suverenliyin və ərazi bütövlüyünün qarantıdır və Sandunun açıqlamaları dövlətə xəyanət kimi qiymətləndirilə bilər.

Məlumata görə, Sandu referendumda birləşməyə səs verəcəyini açıqlayıb, mövqeyini "kiçik bir ölkənin yaşaması getdikcə çətinləşir" deyə izah edib. 

Lakin moldovalıların yalnız üçdə biri bu birləşməni dəstəkləyir.

Sandu həmçinin Rumıniya pasportuna sahibdir və əvvəl Avropada sərbəst səyahət üçün bunu seçib. Müxalifət Sandunun açıqlamalarının impiçment üçün əsas ola biləcəyini bildirir.

Rumıniya ilə birləşmə ideyası uzun müddətdir bəzi partiyalar tərəfindən irəli sürülür və Moldova əhalisinin dəstəyi məhduddur.

Jalə Rövşən 

TodayPress TV

tag: Maya Sandu ,İmpiçment ,Maldova ,Todaypress.tv ,Rumıniya,