Moldova MDB Nizamnaməsinin ləğvini təsdiqlədi

Dünya

02.04.2026 13:51

Moldova Parlamenti Müstəqil Dövlətlər Birliyinin (MDB) Nizamnaməsinin ləğvi layihəsini yekun oxunuşda təsdiqləyib.

TodayPress TV  xəbər verir ki, bəyanat Moldova Parlamentinin rəsmi saytında dərc olunub.

Qeyd edilib ki, martın 20-də parlament MDB müqaviləsindən və onun protokolundan çıxmağı nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul etmişdi. Hökumət isə denonsasiyanı martın 11-də təsdiqləmişdi.

Parlamentin bəyanatında qeyd olunur: "MDB müqaviləsinin ləğvi Avropa İttifaqına qoşulmaq məqsədinə çatmaq üçün təbii və qaçılmaz bir addımdır." Bəyanata görə, müqavilələrin ləğvindən sonra Moldova MDB büdcəsinə illik ödənişdən təxminən 3,1 milyon lei (təxminən 14 milyon rubl) qənaət edəcək.

MDB üzv dövlətləri ilə münasibətlər denonsasiyadan sonra ikitərəfli və çoxtərəfli platformalarda davam edəcək və Moldova Respublikası bir sıra MDB müqavilələrinin, xüsusən də ticarət, iqtisadi və sosial sahələrdə tərəfi olaraq qalacaq". 

Bildirilib ki, Moldova 2022-ci ildən etibarən MDB və AİB görüşlərini nəzərə almır. Hazırda ölkə Avropa İttifaqına qoşulmağa hazırlıq məqsədilə MDB ilə təxminən 70 müqaviləni ləğv edib.

Jalə Rövşən 

TodayPress TV 

tag: Moldova Parlamenti,Müstəqil Dövlətlər Birliyi,Nizamnamə,Moldova,