Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu - VİDEO
İtaliyanın Baş naziri Ciorciya Meloni Hindistanın Baş naziri Narendra Modi ilə bağlı maraqlı paylaşım edib.
TodayPress TV xəbər verir ki, Meloni özünün sosial şəbəkə hesabında Modinin ona hədiyyə etdiyi “Melody” adlı konfeti izləyiciləri ilə bölüşərək bunu zarafatla qarşılayıb.
Digər tərəfdən, Narendra Modi İtaliyaya səfəri ilə bağlı paylaşımında Romaya gəldikdən sonra Baş nazir Corciya Meloni ilə nahar etdiyini və Kolizeyi ziyarət etdiyini bildirib. O, həmçinin Hindistan-İtaliya münasibətlərinin daha da gücləndirilməsi ilə bağlı müzakirələri səbirsizliklə gözlədiyini vurğulayıb.