Məşhur timsah öldü

Dünya

04.12.2025 19:15

San-Fransiskodakı Kaliforniya Elmlər Akademiyası ABŞ-nin ən məşhur albinolu timsahı Klodun vəfat etdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, 30 yaşlı Klod “Qızıl Qapılar” parkındakı Elm Muzeyində yaşayırdı və şəhərin tanınan simvollarından biri idi. 

O, uşaq kitablarında, reklamlarda və oyuncaqlarda da yer alıb. Muzey bildirib ki, Klod 17 il ərzində ziyarətçiləri heyran edib. 

O, 1995-ci ildə Luizianada doğulub, 2008-ci ildə isə Kaliforniya Akademiyasına gətirilib. Albinizm səbəbindən ağ rəngdə olub və gözləri çəhrayı görünürdü.

Son vaxtlar timsah infeksiya şübhəsi ilə müalicə alırdı və iştahı azalmışdı. Ölüm səbəbi Kaliforniya Universitetinin mütəxəssisləri tərəfindən müəyyən ediləcək. Muzey Klodun xatirəsinə memorial lövhə hazırlayacaq.

Qeyd edək ki, dünyada 200-dən az albinolu timsah var.

Türkan İsgəndərli

TodayPress TV

tag: Timsah,Klod,Albino,Muzey,Todaypress.tv,