Məşhur AI tətbiqi işləmir - "Anthropic" şirkətində nə baş verir?

Məşhur AI tətbiqi işləmir - "Anthropic" şirkətində nə baş verir?
29.09.2026 19:05 Dünya

ABŞ-də "Anthropic" şirkətinin süni intellekt (AI) əsaslı "Claude" çat-botunun fəaliyyətində nasazlıq baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə məşhur internet resurslarının işini izləyən "Downdetector" portalının məlumatlarında bildirilib.

Portalın məlumatına görə, ABŞ-də 10 minə yaxın istifadəçi kəsintilər barədə məlumat verib. İstifadəçilərin 45%-i çatın işindəki nasazlıqları qeyd edib, 41%-i mobil tətbiqin fəaliyyətindən şikayətlənib, 8%-də isə sayt işləmir.

Aysel Mətləb

XƏBƏR LENTİ
29 SENTYABR 2026
Bütün Xəbərlər