Merts: İranın miqrasiya axınlarının qarşısı alınmalıdır
Dünya
07.03.2026 04:30
Almaniya kansleri Fridrix Merts İranda ictimai asayişin qorunmasının və İran İslam Respublikasından mümkün nəzarətsiz miqrasiya axınlarının qarşısının alınmasının vacibliyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
Merts vurğulayıb ki, İran əhalisinin əsas ehtiyacları ödənilməlidir.
"Biz, həmçinin İrandan nəzarətsiz miqrasiya axınlarının qarşısını almaq istəyirik", - deyə o vurğulayıb.
Almaniya kansleri əlavə edib ki, bu axınların nə ola biləcəyini təxmin etmək çətindir:
“Biz Suriya ssenarisini yenidən yaşamaq istəmirik. Suriyada uzun müddətdir davam edən vətəndaş müharibəsi milyonlarla insanı öz vətənindən qaçmağa məcbur edib və onların çoxu Avropaya, xüsusən də Almaniyaya qaçıb”.
Aysel Mətləb
tag: İran,Almaniya,Suriya,Merts,TodayPress.tv,
