Mərkəzi Afrika Respublikası Rusiyanın enerji təkliflərinə açıqdır
Dünya
06.03.2026 12:22
Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Arkanj Tuadera ölkəsinin enerji sahəsində, o cümlədən nüvə energetikası üzrə Rusiyanın təkliflərini müzakirə etməyə hazır olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, Tuadera bu barədə Moskvaya işgüzar səfəri zamanı “TASS” agentliyinə müsahibəsində danışıb.
Prezidentin sözlərinə görə, Mərkəzi Afrika Respublikası enerji istehsalı sahəsində ciddi çətinliklərlə üzləşir. O qeyd edib ki, ölkə xüsusilə hidroenergetika sahəsində böyük potensiala malikdir və bu imkanlardan istifadə olunmalıdır.
Tuadera əlavə edib ki, ölkədə günəş enerjisi üçün də əlverişli şərait mövcuddur və bu, fotovoltaik enerji layihələrinin inkişafına imkan verir.
Onun sözlərinə görə, Rusiya bu sahədə lazımi texnologiyalara və mütəxəssislərə malikdir.
“Biz heç bir təklifə qapalı qala bilmərik. Enerji və təhlükəsizlik problemlərimiz çox ciddidir. Ölkəmizin inkişafı məhz bundan asılıdır”, – deyə Tuadera vurğulayıb.
Qiymət Mahir
tag: Mərkəzi Afrika Respublikası,Rusiya,Enerji,Təklif,Todaypress.tv,
