Merkel: "Ukraynada müharibənin səbəbkarı onlardır"

Merkel: "Ukraynada müharibənin səbəbkarı onlardır"
06.10.2025 15:20 Dünya

Polşa və Baltik ölkələri 2021-ci ildə Rusiya ilə dialoq yaratmaq cəhdlərini əngəlləyib və bu, dolayısı ilə Ukraynadakı müharibənin başlamasına səbəb olub.

TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, bunu Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.

Merkelin sözlərinə görə, o dövrdə Avropa İttifaqı ilə Rusiya arasında yeni danışıqlar formatı təklif edib, lakin Polşa, Latviya, Litva və Estoniya buna qarşı çıxıblar.

“Onlar hesab edirdilər ki, Aİ Rusiyaya qarşı vahid siyasət formalaşdıra bilməyəcək. Nəticədə isə təşəbbüs həyata keçmədi”, – Merkel qeyd edib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər