Mərdavi: "HƏMAS silahı yerə qoymayacaq"
HƏMAS-ın siyasi bürosunun üzvü Mahmud Mərdavi hərəkatın silahı yerə qoyacağı barədə yayılan məlumatların doğru olmadığını deyib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Mərdavi bu iddiaları Trampın Qəzza planı ilə əlaqələndirən xəbərləri də təkzib edib.
Qeyd edək ki, daha əvvəl HƏMAS-ın beynəlxalq nəzarət altında Fələstin-Misir birgə qurumuna silahlarını təhvil verməyə razılaşdığı barədə məlumat yayılmışdı.
Jalə Rövşən