Meloni: "ABŞ-nin Qrenlandiyaya müdaxiləsinə inanmıram"
Dünya
09.01.2026 16:20
İtaliyanın Baş naziri Ciorcia Meloni ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsinə inanmır.
TodayPress TV xəbər verir ki, bu barədə o, mətbuat konfransında məlumat verib.
O belə bir ssenarini dəstəkləməyəcəyini və bunu qeyri-real hesab etdiyini bildirib.
"ABŞ-nin Qrenlandiyaya hərbi müdaxiləsinin mümkünlüyünə inanmıram. ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın maraqları və təhlükəsizliyi üçün strateji əhəmiyyətinə diqqət çəkərək iddialı metodlardan istifadə edir. Bir çox xarici aktorlar təkcə Qrenlandiyada deyil, bütün Arktika bölgəsində aktivdir və ABŞ xarici aktorların həddindən artıq müdaxiləsinə dözməyəcəyinə işarə edir", - deyə Meloni vurğulayıb.
Baş nazir qeyd edib ki, bu, Avropanın da maraqlarına uyğundur, baxmayaraq ki, ABŞ iddialarının müzakirəsi NATO daxilində aparılmalıdır.
Xatırladaq ki, Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-yə birləşməsinin vacibliyini bildirib.
Aysel Mətləb
tag: Ciorcia Meloni, İtaliya,ABŞ,Qrenlandiya,Todaypress.tv,
