Medvedev: "Trampa “yeni müharibə”yə görə Nobel verilməlidir"
"ABŞ Prezidenti Donald Trampa “yeni müharibə”yə görə Nobel Sülh Mükafatı veriməlidir"
TodayPress TV Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "Max" platformasında yazıb.
“Amerikalılar İran liderini öldürüb Yaxın Şərqdə böyük müharibəyə başladılar... Bəs yeni müharibəyə görə Ağ Ev rəhbərini Nobel Sülh Mükafatına namizəd göstərməyəcəklər? Axı, Corc Orwellin dediyi kimi, müharibə sülhdür”, – deyə Medvedev istehza ilə yazıb.
Jalə Rövşən