Makron Tramp və Pezeşkianla telefon danışığı apardı
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.
TodayPress TV xəbər verir ki, bu barədə “BFMTV” mənbələrə istinadən məlumat yayıb.
Nəşr bu telefon danışıqlarının təfərrüatlarını açıqlamayıb.
Xatırladaq ki, Fransa Prezidenti daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev, bir neçə Yaxın Şərq ölkəsinin liderləri və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə telefon danışığı aparıb.
Aysel Mətləb