Makron Qətər əmirinə zəng edərək İranı tənqid etdi

Makron Qətər əmirinə zəng edərək İranı tənqid etdi
08.03.2026 20:00 Dünya

Fransa Prezidenti Emmanuel Makron Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl-Taniyə zəng edərək İranın Qətərə və regiondakı digər ölkələrə hücumlarını pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə "Al Jazeera" Əmirin ofisindən verilən açıqlamaya istinadən məlumat yayıb.

"Makron, həmçinin Fransanın Qətərlə tam həmrəyliyini ifadə edib və Qətər silahlı qüvvələrinin Fransa sakinləri də daxil olmaqla, ərazisindəki insanların qorunmasındakı effektivliyini yüksək qiymətləndirib", - deyə bəyanatda bildirilib.

Məlumata görə, iki ölkə liderləri həmçinin əsas dəniz yollarında sabit enerji təchizatının və naviqasiya azadlığının təmin edilməsinin vacibliyini vurğulayıblar.

Onlar, həmçinin gərginliyin azaldılmasına, dialoqa və diplomatik həllərə üstünlük verilməsinə çağırıblar.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər