Makron Pezeşkiandan Hörmüz boğazının açılmasını tələb etdi
Dünya
09.03.2026 00:00
Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkianla söhbəti zamanı Hörmüz boğazının açılmasını tələb edib.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti “X” sosial şəbəkəsində yazıb.
"İran, həmçinin Hörmüz boğazının faktiki bağlanmasına son qoymaqla dənizçilik azadlığını təmin etməlidir. Nəhayət, İranın nüvə və ballistik proqramlarının inkişafı, regiondakı bütün qeyri-sabitləşdirici fəaliyyətləri ilə bağlı ciddi narahatlığımızı bir daha təkrarladım. Bu kritik məsələləri həll etmək, eskalasiyanı dayandırmaq və sülhü qorumaq üçün diplomatik həll yolu hər zamankindən daha vacibdir. Biz əlaqə saxlamağa razılaşdıq", - deyə lider bildirib.
Fransa prezidentinin sözlərinə görə, o, region ölkələrinə hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı hərbi kampaniyasına başlamasından sonra Tehran Hörmüz boğazını bağlayıb. Nəticədə Fars körfəzi ölkələri regiondakı hərbi münaqişə və Hörmüz boğazının bağlanması səbəbindən yanacaq ixracının mümkünsüzlüyü ilə üzləşiblər.
Aysel Mətləb
tag: Pezeşkian,Makron,Hörmüz,Telefon,
