Makron Netanyahunu quru əməliyyatından çəkinməyə çağırdı

Makron Netanyahunu quru əməliyyatından çəkinməyə çağırdı
05.03.2026 06:40 Dünya

Fransa Prezidenti Emmanuel Makron İsrail Baş naziri Binyamin Netanyahu və Livan Prezidenti Cozef Aun ilə telefon danışığı aparıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Fransa lideri “X”də yazıb. 

“Mən İsrail Baş nazirini Livanın ərazi bütövlüyünü pozmamağa və quru hücumundan çəkinməyə çağırdım. Tərəflərin atəşkəs razılaşmasına qayıtması vacibdir. Livan ətrafındakı vəziyyət narahatedicidir”, - deyə Makron bildirib. 

Eyni zamanda, dövlət başçısı Hizbullahın İsrailə qarşı hücumlarının dayandırılmasının vacibliyini vurğulayıb.  

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər