Makron: "Fransa qüvvələri Ukraynada yerləşdirilə bilər"

Makron: "Fransa qüvvələri Ukraynada yerləşdirilə bilər"
10.01.2026 16:15 Dünya

Fransa Prezidenti Emmanuel Makron siyasi partiya liderləri ilə qapalı görüşdə Rusiya ilə münaqişə başa çatdıqdan sonra Fransa silahlı qüvvələrini Ukraynaya göndərmək niyyətində olduğunu açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Makron Fransanın Ukraynanın təhlükəsizlik zəmanətlərinə verdiyi töhfənin məxfi detallarını paylaşıb və qüvvələrin cəbhə xəttindən uzaqda yerləşdiriləcəyinə zəmanət verdiyini vurğulayıb.

Görüşdən sonra solçu "Fransa Tabesiz" partiyasının rəhbəri Matilda Pano bildirib ki, Paris Ukraynaya təxminən altı min əsgər göndərə bilər.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər