Makron: “Fransa Livana dəstəyi gücləndirəcək”

Dünya

06.03.2026 02:30

Fransa Livan Silahlı Qüvvələrinə dəstəyini artıracaq. 

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron özünün “Facebook” səhifəsində yazıb. 

“Fransa Livan silahlı qüvvələri ilə əməkdaşlığı gücləndirəcək və onlara zirehli personal daşıyıcıları, eləcə də əməliyyat və lojistik dəstək verəcək”, - deyə prezident bildirib. 

Fransa liderinin sözlərinə görə, o, Livan liderləri ilə Hizbullah və İsrail tərəfindən sərhədin hər iki tərəfində aparılan hərbi əməliyyatlara son qoymaq üçün bir plan hazırlamaq məqsədilə danışıqlar aparıb: 

“Hizbullah İsraili atəşə tutmağı dərhal dayandırmalıdır. İsrail Livan ərazisində hər hansı bir quru müdaxiləsindən və ya genişmiqyaslı əməliyyatdan imtina etməlidir”. 

O əlavə edib ki, Livan hakimiyyəti Hizbullahın tutduğu mövqelərə nəzarəti ələ keçirəcəyinə və ölkə daxilində təhlükəsizliyi tam təmin edəcəyinə söz verib. 

Aysel Mətləb

TodayPress TV

tag: Fransa,Livan,Dəstək,Hizbullah,Todaypress.tv,