Makron: "Avropa Rusiya ilə dialoqda lider olmalıdır"

Makron: "Avropa Rusiya ilə dialoqda lider olmalıdır"
20.01.2026 20:55 Dünya

Avropa heç kimə Rusiya ilə dialoq aparmaq üçün müstəsna hüquq verməməlidir və danışıqları əsas tərəfdaşlarla bərpa edəcək.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

O qeyd edib ki, Rusiya ilə danışıqları əsas tərəfdaşlarla birlikdə bərpa edəcəklər. Eyni zamanda, Makron yaxın günlərdə Parisdə Rusiya nümayəndələri ilə G7 görüşünün baş tutub-tutulmayacağını təsdiqləməyib.

Kremlin sözçüsü və Rusiya səfirliyi isə belə görüşlə bağlı heç bir rəsmi dəvət almadıqlarını bildirib.

Jalə Rövşən 

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər