Madyar Orbanın iqamətgahında işləməyəcək

Madyar Orbanın iqamətgahında işləməyəcək
16.04.2026 17:24 Dünya

Macarıstanda Tisza Partiyasının lideri Peter Madyar hazırkı Baş nazir Viktor Orbanın vəzifəsini ələ keçirmək istəmədiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

Bildirib ki, Tisza Partiyasının hakimiyyəti dövründə Baş nazirlik ofisi Orbanın istifadə etdiyi Karmelit monastırında yerləşməyəcək. Onun sözlərinə görə, yeni hökumət Budapeştdəki nazirlik binalarından birində fəaliyyət göstərə bilər.

Xatırladaq ki, seçkilər aprelin 12-də keçirilib və Tisza Partiyası səs çoxluğu qazanıb. Viktor Orban məğlubiyyətini etiraf edərək rəqibini təbrik edib və Fidesz partiyasının müxalifətdə də ölkəyə xidmət edəcəyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər