Maduro istefa verməyə hazırdır

Maduro istefa verməyə hazırdır
30.11.2025 22:36 Dünya

Venesuela Prezidenti Nikolas Maduro əvvəlki qeyri-rəsmi danışıqlar zamanı ABŞ tərəfi ilə görüşdə istefaya getməyə hazır olduğunu, lakin bunu ən azı 18 ay sonra edəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata görə, bəzi ABŞ rəsmiləri Maduronun istefasını problemin həlli kimi görürdülər. Lakin Ağ Ev yalnız Venesuela liderinin dərhal istefasını nəzərdə tutan planı dəstəkləmək qərarına gəlib.

Bəzi administrasiya nümayəndələri bildiriblər ki, Maduro və onun tərəfdaşları Ağ Ev ilə bir neçə kanal vasitəsilə əlaqə saxlayıblar və iki ölkə arasındakı əməkdaşlığın necə ola biləcəyi barədə danışıqlar aparıblar.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər