Maduro: "ABŞ-nin hərbi təhdidləri neft sabitliyinə təhlükə yaradır"

Dünya

01.12.2025 10:25

"ABŞ-nin Karib hövzəsindəki hərbi təhdidləri qlobal enerji bazarının sabitliyinə xələl gətirə bilər".

TodayPress TV xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro Neft İxrac Edən Ölkələr Təşkilatının Baş katibi Haytam Əl Qaysa məktubunda bildirib.

Maduro vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp avqust ayından Latın Amerikası ölkəsinə qarşı “təqib və təhdid kampaniyası” aparır. Onun sözlərinə görə, ABŞ-nin 14-dən çox hərbi gəmisi və 15 min hərbçisinin Karib dənizində yerləşdirilməsi regional təhlükəsizliyi pozan və enerji təchizatına təsir edə biləcək gərginlik mühiti yaradır.

Maduro ABŞ-nin Venesuelanın xam neft ehtiyatlarını ələ keçirmək cəhdini pisləyib və bunun qlobal bazarın tarazlığı üçün birbaşa risk yaratdığı barədə xəbərdarlıq edib.

Aysel Mətləb

TodayPress TV

tag: ABŞ,Venesuela,Tramp,Maduro,Todaypress.tv,