Macarıstan Ukraynaya qarşı ittifaq yaratmaq istəyir

Macarıstan Ukraynaya qarşı ittifaq yaratmaq istəyir
28.10.2025 09:40 Dünya

Macarıstan Avropa İttifaqı (Aİ) daxilində Ukraynaya şübhə ilə yanaşan alyans yaratmaq istəyir.

TodayPress TV xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Macarıstanın Baş naziri Viktor Orbanın müşaviri Balazs Orban, Aİ-də belə bir blokun yaranma ehtimalını qiymətləndirərkən bildirib ki, "bu, baş verəcək və getdikcə nəzərə çarpacaq".

Onun sözlərinə görə, Orban Çexiyanın Baş naziri Andrey Babiş və Slovakiyanın Baş naziri Robert Fiko ilə əməkdaşlıq etmək istəyir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər