Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşdü

Lukaşenko Trampın xüsusi nümayəndəsi ilə görüşdü
21.06.2025 15:15 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın xüsusi elçisi Kit Kelloqla görüş keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Pervıy” "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, görüş Minskdə yerləşən Müstəqillik Sarayında baş tutub. Beləliklə, Kelloq son illər Belarusun paytaxtını ziyarət etmiş ən yüksək vəzifəli amerikalı məmur olub.

Qeyd edək ki, səfərin məqsədinin Rusiya və Ukrayna arasında gedən danışıqlara təkan vermək olduğunu bildirilib. Bununla belə, görüşün dəqiq gündəliyi ictimaiyyətə açıqlanmayıb.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər