Lukaşenko İsrailin İrana hücumunu pislədi

Dünya

04.03.2026 13:01

Belarus Prezidenti Aleksandr Lukaşenko İsrailin ABŞ tərəfindən dəstəklənən İrana qarşı hücumunu pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə onun mətbuat xidmətinə bağlı “Birinci Pool” "Telegram" kanalı məlumat yayıb.

Lukaşenko Belarusdakı İran səfiri Əlireza Sanei ilə görüşü zamanı bildirib ki, “İsrailin Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənən İrana qarşı hücumu bizim üçün qəbuledilməzdir”.

Onun sözlərinə görə, hücum nəticəsində mülki şəxslərin, xüsusilə uşaqların həlak olması vəziyyəti daha da ağırlaşdırır.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. ABŞ Prezidenti Donald Trump hücumları Tehranın nüvə proqramı ilə bağlı mövqeyi ilə əlaqələndirib.

Zərbələrin İslam Respublikasının paytaxtı Tehran da daxil olmaqla bir sıra şəhərlərə endirildiyi bildirilir. Məlumata əsasən, hücumlardan biri İranın Ali Lideri Əli Xameneinin iqamətgahına dəyib və onun həlak olduğu iddia olunur.

Hadisələrə cavab olaraq İranın İsrailə və Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına raket və pilotsuz uçuş aparatları ilə zərbələr endirdiyi bildirilir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Belarus,Lukaşenko,İsrail,İran,Todaypress.tv,