Lukaşenko Əlcəzairə səfər edəcək

Lukaşenko Əlcəzairə səfər edəcək
01.11.2025 12:15 Dünya

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Əlcəzairə səfər edəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə "TASS" yazıb.

O, Afrika səfəri ilə bağlı planlarını Əlcəzair İnqilabı Günü münasibətilə prezident Abdelmadjid Tebbuna ünvanladığı təbrik mesajında açıqlayıb. 

"Aleksandr Lukaşenko qeyd edib ki, Əbdülməcid Tebbunun dəvəti ilə o, tezliklə Əlcəzairə səfər etməyi planlaşdırır", - məlumatda deyilir. 

Belarus prezidentinin Əlcəzairə səfərinin dəqiq tarixi hələlik açıqlanmayıb.

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər