Lukaşenko: “Belarus heç bir müharibəyə qarışmayacaq"

Lukaşenko: “Belarus heç bir müharibəyə qarışmayacaq"
31.10.2025 14:48 Dünya

Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, əgər respublikaya qarşı xarici təcavüz baş verməzsə, ölkəsini heç kim müharibəyə cəlb edə bilməz.

TodayPress TV xəbər verir ki, bu barədə "BelTA" agentliyi yazıb.

“İndi dövr çox mürəkkəbdir, amma dözməliyik. Dözsək, övladlarımız yaşayacaq, dözməsək, girdaba düşəcəyik. Dünyada 50-dən çox münaqişə və müharibə var, istəməzdim ki, biz 51-cisinə çevrilək", - deyə Lukaşenko bildirib.

O vurğulayıb ki, Belarus yalnız hücuma məruz qaldığı təqdirdə müdafiə tədbirləri görəcək: 

“Əgər bizə toxunmasalar, biz döyüşməyəcəyik".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər