Londonda genişmiqyaslı nümayiş keçirilir

Dünya

30.11.2025 02:34

Böyük Britaniyanın paytaxtı Londonda on minlərlə insan BMT tərəfindən 29 noyabrda qeyd olunan Fələstin xalqı ilə Beynəlxalq Həmrəylik Gününə həsr olunmuş nümayişə çıxıb.

TodayPress TV xəbər verir ki, aksiyanın təşkilatçıları "Fələstinlə həmrəylik kampaniyası" və Qəzza zolağında İsrailin hərəkətlərinə, həmçinin Böyük Britaniyanın yəhudi dövlətinə silah tədarükünə qarşı çıxan bir sıra qruplar, o cümlədən "Müharibəyə son" təşkilatıdır.

"Fələstin uğrunda milli marş" adlanan aksiyanın iştirakçıları yerli vaxtla günorta  Londonda, Hayd-park yaxınlığındakı Park-leyn küçəsində toplaşmağa başlayıblar. Onlar əllərində Fələstin bayraqları və humanitar təşkilatların Qəzzaya tam girişinə icazə verilməsi, Fələstində insanların ölümünün dayandırılması, İsrailin nüvə silahına sahib olmasına qarşı çağırışlar yazılmış plakatlar tutublar.

Sonra nümayişçilər hökumət kvartalında yerləşən Dauninq-stritə doğru yürüş edərək mitinq keçiriblər.

İsrail ilə Fələstininin HƏMAS hərəkatı arasında Qəzza zolağında atəşkəs razılaşması 10 oktyabrda qüvvəyə minib.

TodayPress TV

tag: Böyük Britaniya, London, BMT, Fələstin, Qəzza, todaypress.tv,