Londonda ABŞ-nin İran əməliyyatı ilə bağlı ziddiyyətli iddialar səsləndi
Dünya
05.04.2026 17:13
Britaniyalı jurnalist Buşra Şeyx ABŞ-nin İranda həyata keçirdiyi əməliyyatla bağlı rəsmi açıqlamaları tənqid edib.
TodayPress TV xəbər verir ki, o, öz mənbələrinə və “Fox News”a istinadən əməliyyat zamanı bir neçə ABŞ təyyarəsinin vurulduğunu və çox sayda hərbçinin ağır yaralandığını bildirib.
Jurnalistin sözlərinə görə, xilas edilən pilotun vəziyyəti də kritikdir və onun həyatda qalması sual altındadır.
"BBC"nin keçmiş aparıcısı olan siyasi şərhçi Vaşinqtonu məlumatları təhrif etməkdə ittiham edib. O, sosial şəbəkədə paylaşımında ABŞ rəhbərliyinin reallığı gizlətdiyini iddia edib.
Qeyd edək ki, bu iddialar ABŞ rəsmilərinin əvvəl verdiyi açıqlamalarla ziddiyyət təşkil edir və hadisə ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilməyib.
tag: ABŞ,İran,Təyyarə,Buşra Şeyx,Todaypress.tv,
