Livanın silah üzərindəki monopoliyasını dəstəkləyirəm! - Quterreş
BMT-nin Baş katibi Antonio Quterreş Livan-İsrail sərhədi boyu “ciddi gərginləşmə” barədə xəbərdarlıq edib və bütün tərəfləri diplomatik yola əl atmağa çağırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
"Mart ayından bəri biz ciddi gərginləşmənin şahidi olur. Belə ki, İsrail Livan ərazisindəki əməliyyatlarını intensivləşdirib, "Hizbullah" isə İsrailin daha dərinliklərinə atəş açıb", - deyə Quterreş bildirib.
Baş katib bütün tərəfləri siyasi həll yolu axtarmağa çağırıb:
"Bütün tərəflər Livanın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə tam hörmət edən diplomatik nizamlanma istiqamətində çalışmalıdırlar”.
O, həmçinin Livan hökumətinin silah üzərindəki monopoliyasını tam dəstəklədiyini qeyd edib.
Aysel Mətləb