Livanda yaşayış binasına hava zərbəsi: 6 nəfər öldü

Livanda  yaşayış binasına hava zərbəsi: 6 nəfər öldü
04.03.2026 13:29 Dünya

Livanın Baalbek şəhərində çoxmərtəbəli yaşayış binasına endirilən hava zərbəsi nəticəsində altı nəfər həlak olub.

TodayPress TV “Kommersant"a istinadən xəbər verir ki, Baalbek vadisinin Mülki Müdafiə Xidmətinin məlumatına görə, hücum nəticəsində 15 nəfər yaralanıb.

Qurumun rəhbəri Bakir Əbu Diya bildirib ki, mütəxəssislər hazırda dağıntıların təmizlənməsi işlərini aparır və itkin düşmüş kimi qeydiyyata alınan iki nəfərin axtarışını davam etdirirlər.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri martın 2-də Livanda "Hizbullah"a qarşı əməliyyatın başlandığını elan edib və kampaniyanın bir neçə gün davam edəcəyini açıqlayıb. 

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər