Livan: İsraillə danışıqlar sonadək davam edəcək

Livan: İsraillə danışıqlar sonadək davam edəcək
10.06.2026 18:57 Dünya

Livan Prezidenti Cozef Aun ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında aparılan danışıqları sonadək davam etdirəcəklərini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə Livan Prezident Administrasiyasının məlumat yayıb.

"Bu danışıqlarla dövlətin mövcudluğunu yenidən bərpa etməyi hədəfləyirik. Livanlılar dövlət xaricində hər hansı bir hakimiyyətin himayəsində qalmasınlar”, - deyə Aun vurğulayıb.

O qeyd edib ki, Livanda qərar verənlər məhz livanlıların özləridir:

"İstənilən ölkədən gələn yardımı məmnuniyyətlə qarşılayırıq, lakin yardım ilə Livanın daxili işlərinə müdaxilə arasında böyük fərq var".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
10 IYUN 2026
Bütün Xəbərlər