Livan atəş altında: İsrail Sur bölgəsini vurdu, ölənlər var

Livan atəş altında: İsrail Sur bölgəsini vurdu, ölənlər var
11.06.2026 20:10 Dünya

İsrail Livanın Sur bölgəsində bir neçə hücum həyata keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə Livanın Milli İnformasiya Agentliyi məlumat yayıb.

Bildirilib ki, Əl-Abbasiyə qəsəbəsinə edilən hücum nəticəsində dörd nəfər, Deyr Qanun ən-Nəhərdəki digər hücumda isə iki nəfər həlak olub.

İsrail qüvvələri, həmçinin Vadi Cilu kəndi yaxınlığında bir motosikleti hədəf alıb, digər reydlər isə Əl-Məcadil və Məcdəl Zun qəsəbələrində həyata keçirilib.

TodayPress TV

XƏBƏR LENTİ
11 IYUN 2026
Bütün Xəbərlər