Litvada 7 mindən çox sakin işıqsız qaldı

Litvada 7 mindən çox sakin işıqsız qaldı
28.12.2025 18:30 Dünya

Güclü külək Litvada 7 mindən çox istehlakçını elektrik enerjisiz qoyub, hava şəraiti ilə əlaqədar Klaypeda Dövlət Dəniz Limanında gəmiçilik məhdudlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Litvanın "LRT" radiosu məlumat yayıb.

"Gecədən sonra 5,5 min istehlakçı hələ də işıqsız qalıb. Lakin səhər saatlarında da külək sakitləşməyib, külək qasırğaya yaxın sürətlə əsməyə davam edib. Zərər çəkən istehlakçıların sayı 7,1 minə çatıb", - deyə o bildirib.

Küləyin sürəti 31 m/s-yə çatıb. Qasırğa ölkənin qərb hissəsinə xüsusilə güclü təsir göstərib. Klaypeda Dəniz Limanı İdarəsi gəmiçiliyi məhdudlaşdırmaq məcburiyyətində qalıb. Dalğanın hündürlüyü 5 metri keçib.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər