Lavrov: "Qərb Ukraynanın hazırkı hökümətini bütün hallarda qoruyur"
Dünya
06.02.2026 17:58
Qərb Ukraynadakı mövcud hökuməti hər halda qorumağa çalışır.
TodayPrerss TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
O, NATO-nun baş katibi Mark Ruttenin Ukrayna parlamentindəki çıxışını şərh edərək, “hazırlıqlı müdaxilə” ilə bağlı qeydlərə diqqət çəkib.
Lavrov bildirib ki, NATO Ukrayna üçün 2022-ci ildə Rusiya ilə aparılan danışıqlar zamanı razılaşdırılmış təhlükəsizlik zəmanətlərindən fərqli zəmanətlər təklif edir.
Onun sözlərinə görə: “Hazırda bunlar Qərbin Rusiya Federasiyasını təqib etməyə davam etməsi üçün, nəyin bahasına olursa-olsun qorumaq istədiyi rejim üçün təhlükəsizlik zəmanətləridir.”
Fevralın 3-də Ukrayna parlamentində çıxış edən Rutte bildirib ki, sülh müqaviləsi bağlanar-bağlanmaz NATO qüvvələri Ukraynaya yerləşdiriləcək — “havada təyyarələr, dənizdə isə dəstək”. O, həmçinin qeyd edib ki, hərbi kontingentlər istənilən ölkə üçün əlçatan olacaq.
Bundan əvvəl "The Financial Times" (FT) mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ, Ukrayna və Avropa ölkələri Moskva ilə Kiyev arasında bağlanacaq gələcək sülh müqaviləsini dəstəkləmək üçün çoxpilləli plan üzərində razılığa gəliblər.
Jalə Rövşən
tag: Ukrayna ,Sergey Lavrov , Rusiya ,Qərb ,Todaypress.tv,
